Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Vahid Məhkəmə Portalında müflisləşmə sahəsində mübahisələrə dair hesabat hazırlanıb

Vahid Məhkəmə Portalında müflisləşmə sahəsində mübahisələrə dair hesabat hazırlanıb



Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın “Biznesin müflisləşməsi” İşçi qrupunun fəaliyyəti çərçivəsində Vahid Məhkəmə Portalında müflisləşmə sahəsində mübahisələrə dair hesabat hazırlanıb.

Newscenter.az-a Ədliyyə Nazirliyindən bildirilib ki, hesabatda Bakı, Sumqayıt, Gəncə, Şirvan, Şəki Kommersiya Məhkəmələri və Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi üzrə müflisləşmə sahəsində mübahisələrə dair statistika əks olunub. Portalın "Məhkəmə statistikası" bölməsində yerləşdirilən məlumatlar hər il yenilənir və istifadəçilərə açıq şəkildə təqdim edilir.

Qeyd edək ki, Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın “Biznesin müflisləşməsi” İşçi qrupuna rəhbərliyi Ədliyyə Nazirliyi həyata keçirir.

Süleyman
Xəbəri paylaş