
ABŞ-Ukrayna faydalı qazıntılar sazişinin yekun və tam mətninin imzalanmasının aprelin 26-na qədər hazır olacağı ehtimalı yoxdur.
Newscenter.az TASS-a istinadən bildirir ki, bu fikri Ukrayna Ali Radasının deputatı Yaroslav Jeleznyak deyib.
O, Telegram-kanalında yazıb: "Çox güman ki, razılaşmanın yalnız "siyasi hissəsi" deyilən vaxta qədər hazır olar. Baxmayaraq ki, son hadisələr fonunda hazırda ən çox sual doğuran da elə siyasi hissədir".
Eyni zamanda, Jeleznyak qeyd edib ki, mineral ehtiyatlar üzrə saziş üzərində iş yaxşı istiqamətdə gedir. Deputatın sözlərinə görə, aprel ayında Ukrayna və ABŞ nümayəndə heyətləri arasında baş tutan məsləhətləşmələrin bir neçə raundundan sonra sazişin yeni mətnində faydalı qazıntıların hasilatı ilə bağlı icarə haqqı və Ukraynanın qaz nəqli sistemi, (QTS) eləcə də atom elektrik stansiyalarının Amerikanın nəzarəti altına keçməsi ilə bağlı heç bir bənd daxil edilməyəcək.
Anar Əliyev