
"Azərbaycan və Türkiyəyə qarşı nifrət ermənilərin qanına hopub. Son proseslər bir daha sübut etdi ki, ermənilər arasında Azərbaycan və Türkiyəyə qarşı kəskin nifrət hissi var. Tarixdən gələn bu düşmənçilik ab-havası hələ də ermənilərin beyinlərindən silinməyib".
Bu fikirləri Newscenter.az-a "Milli İnkişaf" İctimai Birliyinin sədri Arzuman Muradlı Ermənistan paytaxtında Azərbaycan və Türkiyə bayraqlarının yandırılmasına münasibət bildirərkən səsləndirib. İctimai Birlik sədri deyib ki, döyüş meydanında Azərbaycan igidləri qarşısında biabırcasına məğlub olan erməni gəncləri heyflərini iki qardaş öılkənin bayrağından almaq istəyirlər:
"Kifayət qədər cılız və əxlaqsız bir hərəkətdir. Digər tərəfdən ermənilər bu iyrənc hərəkətləri ilə bir daha sübut edirlər ki, qonşuları ilə dinc, yanaşı yaşama niyyətində deyillər. Daha dəqiq desək ermənilərdə öz qonşuları ilə mehriban yaşamaq mədəniyyəti yoxdur".
Arzuman Muradlı deyib ki, bir neçə ay əvvəl də Ermənistanda anoloji hadisə baş vermiş və Azərbaycan bayrağı baş nazir Paşinyanın iştirak etdiyi tədbirdə yandırılmışdı:
"Təəssüflər olsun ki, həmin vaxt sözügedən iyrənc hərəkəti edən erməni gənc cəzalandırılmadı. İndi baş verən hadisə məhz cəzasızlıq sindromundan irəli gəlir. Əgər o vaxt Azərbaycan bayrağını yandıran erməni gənc lazım olan cəzanı alsaydı, eyni hal bu günlərdə təkrar olmazdı".
Süleyman