
Belçika hökuməti özünün müdafiə xərclərini ÜDM-in 1,3%-dən 2%-ə çatdırmaq üçün Avropa Komissiyasının Ukraynaya silah tədarükü üçün ayırmağı planlaşdırdığı vəsaitdən 2025-ci ildə 1,2 milyard avro çıxarmaq niyyətindədir.
Newscenter.az TASS-a istinadən bildirir ki, bu barədə “Soir” qəzeti yazır.
Qəzet qeyd edir ki, Belçika hökumətinin təkcə 2025-ci ildə bu hədəfə çatması üçün 3,8 milyard avro azdır. Nəşrin məlumatına görə, baş nazir Bart De Vever bu məbləğin yalnız yarısından azına - 1,8 milyard avroya hərbi xərclərin maliyyələşdirilməsi mənbələri ilə bağlı parlamentə təkliflər təqdim edib.
Baş nazirin planına görə, əsas gəlir, 90%-i (183 milyard avro) Belçikanın Euroclear platformasında (Belçikanın vergi yurisdiksiyasındadır) Avropada bloklanmış olan fövqəladə “dondurulmuş Rusiya aktivlərinin yenidən investisiyasından əldə edilən gəlir vergisi”ndən hərbi ehtiyaclara 1,2 milyard avro vəsaitin ayrılması olacaq.
Eyni zamanda, Avropa Komissiyası Rusiya aktivlərinin yenidən investisiya edilməsindən əldə edilən bütün qeyri-qanuni ələ keçirilən gəlirlərin həcmini ildə 3-3,5 milyard avro həcmində qiymətləndirir.
Mehman Mehdiyev