Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Böyük Britaniya vətəndaşlarına çağırış etdi-Hindistan-Pakistan sərhədinə getməyin

Böyük Britaniya vətəndaşlarına çağırış etdi-Hindistan-Pakistan sərhədinə getməyin


Böyük Britaniya vətəndaşlarına Hindistan-Pakistan sərhədi yaxınlığında səyahət etməmələri barədə xəbərdarlıq edib.

Newscenter.az TASS-a istinadən bildirir ki, Böyük Britaniya Xarici İşlər Nazirliyi vətəndaşlarını Cammu və Kəşmir əyalətlərindən uzaq olmağa çağırıb.

Qeyd edək ki, ötən gün Hindistanın idarə etdiyi Cammu və Kəşmirin Pahalqam rayonunda silahlı şəxslər turistlərə atəş açıb, 26 nəfər həlak olub, çoxlu sayda insan yaralanıb.

Terror aktından sonra Hindistanın baş naziri Narendra Modi Səudiyyə Ərəbistanına rəsmi səfərini yarımçıq kəsərək Yeni Dehliyə qayıdıb.

Modi paytaxta gəldikdən dərhal sonra vəziyyəti qiymətləndirmək üçün yüksək səviyyəli rəsmilərin iştirakı ilə təhlükəsizlik iclası keçirib.

Mehman Mehdiyev
Xəbəri paylaş