
Sabah İstanbulda Türkiyə və Rusiya xarici işlər nazirlərinin müavinləri səviyyəsində Yaxın Şərq məsləhətləşmələri keçiriləcək.
Newscenter.az bildirir ki, Türkiyə Xarici İşlər Nazirliyindəki mənbələrdən alınan məlumata görə, məsləhətləşmələrdə Rusiya tərəfini Türkiyə xarici işlər nazirinin müavini doktor Nuh Yılmaz, Rusiya tərəfini isə xarici işlər nazirinin müavini Mixail Boqdanov təmsil edəcək.
Yılmaz və Boqdanovun regional məsələlər, xüsusilə Suriya və Fələstin ətrafında geniş fikir mübadiləsi aparacağı gözlənilir.
Qeyd edək ki,Rusiya Türkiyənin Yaxın Şərqdəki proseslər kontekstində məsləhətləşmələrə əhəmiyyət verdiyi bir ölkədir.
Süleyman