Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Tələbələr arasında kütləvi zəhərlənmə oldu

Tələbələr arasında kütləvi zəhərlənmə oldu


Qazaxıstanda kütləvi zəhərlənmə hadisəsi baş verib.

Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, hadisə Manqistau vilayətində qeydə alınıb. Belə ki, 182 tələbə qidadan zəhərlənib.

Baş vermiş hadisə ilə əlaqədar olaraq Munaylı Rayon Məhkəməsində fərdi sahibkara qarşı Cinayət Məcəlləsinin 304-cü maddəsinin 1-ci hissəsi “Sanitariya qaydalarını və ya gigiyena normalarını pozma” ilə cinayət işi açılıb.

Məlumata görə, məktəbin bufetində sanitar tələblərin kobud şəkildə pozulması faktı qeydə alınıb. Zəhərlənmə də məhz bu səbəbdən olub.

Mehman Mehdiyev
Xəbəri paylaş