
Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasındakı münasibətlər səmimi dostluq,qardaşlıq və humanizm prinsiplərinə əsaslanır.Əlqələrimizin uzun tarixi keçmişi vardır. Bu gün Azərbaycan Çin dövləti ilə bir çox mühüm sahələrdə əməkdaşlıq edir. Möhtərəm Prezident İlham Əliyev bir neçə gün öncə Çinə dövlət səfəri edib.Həqiqətən də Uzaq Şərqi Asiyada yerləşən Çin kimi böyük ölkə ilə əməkdaşlığın strateji tərəfdaşlıq formatı Çin ilə Azərbaycan arasında ikitərəfli münasibətlərdə çox mühüm mərhələdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Çin Xalq Respublikasının Sədri Si Cinpin arasında çox dərin münasibətlər var. Liderlər məlum olduğu kimi çoxsaylı müxtəlif tədbirlərdə bir-birilə görüşürlər. Çin-Azərbaycan münasibətlərinin səmimi dostluq prinsipləri əsasında daha da güclənməsi məhz Ümummilli Liderimiz Heydər Əliyevin dövründə baş tutmuşdur. Bu gün Prezident İlham Əliyev həmin müdrik siyasəti uğurla davam etdirir. Azərbaycanın beynəlxalq müstəvidə nüfuzu artıb, ölkəmiz etibarlı tərəfdaş ölklər siyahısında xüsusi yer tutub. Bütün bunlar düzgün və məqsədyönlü siyasətin nəticəsidir. Əlbəttə ki, Azərbaycanın xarici siyasətində Çin dövləti ilə dostluq və əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi prioritet hesab olunur.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev səfər çərçivəsində Pekində Çinin CGTN (China Global Television Network) telekanalına müsahibə verib. Prezident İlham Əliyev və Çin televiziyasının jurnalisti arasındakı səmimi dialoq fikrimcə ölkələrimiz arasındakı münasibətlərin yüksək səviyyədə olmasının bariz nümunəsidir. Möhtərəm Prezident nitqində çox mühüm məsələlərə toxunub, qarşılıqlı dövlət münasibətlərindən danışıb.
Çin şirkətləri investorlarla, Azərbaycanın yaşıl enerjisinə sərmayə yatıran şirkətlərlə podratçı qismində çalışırdılar. Hələ ki, bizim imzaladığımız və icra fazasında olan müqavilələr bizə 2030-cu ilə qədər 6500 meqavat bərpaolunan enerji verəcək. Məlumdur ki, küçələrdə hərəkət edən elektriklə işləyən 160 avtobus almışıq. Bu, hamını sevindirir. Biz əlavə 200 avtobusun alınması üçün podrat müqaviləsi bağlamışıq. Bu il Azərbaycanda ildə 500 avtobus istehsal etmək gücündə olan BYD-nin elektrik avtobuslarının birgə istehsalına başlayacağıq.
Bir çox sahədə Çin dövləti ilə həyata keçirdiyimiz uğurlu layihələr, ticari,iqtisadi,siyasi, mədəni məsələlərdə əməkdaşlıq, bütün bunların ölkələrimiz arasındakı əlaqələrin hərtərəfli inkişafına zəmin yaradır.
Xüsusilə cənab Prezidentin qeyd etdiyi kimi hər bir pasport sahibi, hər bir sıravi vətəndaş üçün tamamilə vizasız rejimin tətbiq olunması ilə bağlı sənədin imzalanması möhtəşəm bir xəbərdir. İnanırıq ki, Azərbaycan və Çin dövlətləri arasında mühüm sənədlərin imzalanması ənənəsi gələcəkdə də uğurla davam etdiriləcəkdir.
Rafiq Əliyev
YAP Yevlax rayon təşkilatının sədri