Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

"Ahıllığın xeyirxahlığı daha kövrək olur”

"Ahıllığın xeyirxahlığı daha kövrək olur”



Dağlar insanın xarakterinin formalaşmasına təsir göstərə bilirmi? Tanıdığım (və sevdiyim!) insanlar düşür yadıma. Onları görəndə dağları, dağları görəndə onları xatırlamışam...
Dağlar ucalıq rəmzidi, qürur rəmzidi, duyanlar üçün həm də heyrət rəmzidi. Uşaq¬lı¬ğı, ye¬ni¬yet¬mə¬liyi, ilkin gəncliyi dağlarla ünsiyyətdə keçənlərlə kəlmələşəndə bir da¬ha əmin olmuşam ki, dü¬şün¬cələrində dağ amili olanların gəncliyi dağla, dağ ifa¬də¬si¬nin yozumu ilə taraz formalaşır. Dağları həm də buna görə sevmişəm: dağların du¬¬ruşunda gördüyü qürur, əzəmət, mərdlik, əyilməzlik insa¬nın könül dünyasının səyyarəsinə dönür...
Əsgülüm dağı Zəngilanın Keçikli kəndinin sıx meşələrinin, buz bulaqlarının, əsrarəngiz çə¬mən¬lərinin, biçənəklərinin keşikçisidi. Əsgülümdən əsən yellər Keçikli¬nin özünün də, Keçiklidə uşaqla¬rın da könül dünyasının sığalına dönüb. Xuduş Əmən oğlu İs¬gəndərov 1940-cı il¬ mayın 2-də anadan olub. 6 yaşında atasızlıq ağrıları ya¬şa¬yacağı illərin can köynəyinə dönüb. Qəlbindən keçənləri heç Əs¬gü¬lüm də duya bilməz¬di...
Keçikli kənd məktəbinə getdi. 1954-cü ildə yeddiinci sinifi bitirdi (bu məktəb mənim də ömür¬lüyümün bir zərrəsi olub. İllər sonra – 1980-ci ildə bu məktəbdə 3 ay mən də müəllim iş¬¬¬lə¬mişəm. Əsgü¬lü¬mün mehrini onda duymuşam, onda dağların əzəmətinin dağlara mehirli olanların ruhuna necə si-ra¬yət etdiyini duya-duya mən də yaşamışam). Təh¬si¬lini Pircivan kənd orta məktəbində (indiki Zəngilan şəhər orta mək¬tə¬bində) davam etdi¬rib. Orta məktəbi 1957-ci ildə fərqlənmə ilə bitirib.
Müharibədən sonra ailələrin əksəriyyətinin təhsildən daha şox güzəran qayğıları vardı. Həm də illərlə çə¬tin¬liklər yaşamış ailələr bu çətinlikləri daha tez aradan qaldırmaq istəyirdi. Zaman belə zaman idi. Xuduş İsgəndərov Kənd Təsərrüfatı Nazirliyinin nəzdində texniki peşə məktəbində taxıl məhsullarının analizi üzrə təhsilı aldı. Öz istəyiydimi, məsləhətmi görmüşdülər? – gerçəkliklərin ömürlərə süzülən işığında təhsil almışdı. Xu¬duş Əmən oğlu 1958-ci ildə Bakı şəhərində 2 nömrəli un dəyir¬ma¬nında laborant kimi əmək fəaliyyətinə başladı. Həmin gün xəyalən atasının ru¬hu¬na “Böyüdüm, ata, işləyirəm, ata!...” – deyib yəqin. Bir də Əzgülümə xəyalən söz ismarclayıb: “Yellərini illərimdən əsirgəmə...”...
1959-cu ilin aprelində Zəgilana qayıdıb. Mincivan qəsəbəsində pambıq qəbulu məntə¬qə¬sin¬də laborto¬ri¬ya¬nın müdiri vəzifəsinə təyin olunub. Bacarıqlı kadr kimi, məsuliy¬yət¬li gənc kimi tanınıb, ona ina¬nıblar, bu inama görə ona güvəniblər də...
Könül sirrini kimsəyə açmayan dünyadır. Könüllərdən nə keçdiyi deyilməsə bilin¬məz. Texniki peşə məktəbində təhsil alanda da, Bakıda işləyəndə də, Mincivanda laboratoriya müdiri olanda da Xuduşun ürəyində bir niyyət varmış: müəllim olmaq. Bu niyyət nə vaxt yaranıbmış? – kimsə bil¬mə¬di. 1960-ci ildə sənədlərini H.Zərdabi adına Kirovabad Dövlət Pedaqoji İnstitutunun (indiki Gən¬cə Dövlət Universiteti) biologiya və kənd təsərrüfatı istehsalının əsasları fakültəsinə verdi, qəbul olundu. Tələbə oldu Xuduş Əmən oğlu.
Xuduş oxuyurdu, həm də adilikdın üstün səviyyədə oxuyurdu. İllərin o üzündə qalmış arzularını yenidən yaşada-yaşada oxuyurdu. Həm də ictimai işlərdə fəallıq göstərirdi. Bu, onun cəmiyyətdə özünü təsdiq etmiş son illərinin uğurlarına inamın nə¬ticəsiydi. Oxuyurdu, tələbə elmi cəmiyyətinin konfranslarında iştirak edirdi. Fəallığı, təhsilə münasibəti fakültənin rəhbərliyinin diqqətini çəkib¬miş: 1963-cü ildə İnstitut komsomol komitəsi katibinin müavini seçildi, 1964-cü ildə 4-cü kurs tə¬ləbəsi olanda partiya sıralarına qəbul edildi. Böyük etimad idi. Böyük inam idi...
1965-ci ildə institutu fərqlənmə diplomu ilə bitirdi. Zəngilanlı dünyasının işığı çəkirmiş onu. Əsgülümə bir vəfa borcu vardı Xuduş Əmən oğlunun. Orta təhsil aldığı Zəngilan qəsəbə orta mək¬təbində biologiya müəllim təyin olundu.
Sevgi varsa, uğur var, sevgi varsa, sevilmə də var. Xuduş müəllim bilikli müəllim kimi tanındı. Təd¬ris etdiyi fənni sevdirməyi bacardığına görə sevildi. Belə sevgilərə kö¬nül sevgisi deyilir; Xuduş müəllim Zəngilan qəsəbə orta məktəbində könül sevgi¬lə¬rinin əhatəsindəydi, sevilirdi. Rayonun par¬ti¬ya rəhbərliyi belə bir müəllimin Rayon Partiya Komitəsində işləməsini zəruri hesab etmişdi. O illərdə kadrlarda bilik öz ye¬rində, bacarıq öz yerində, siyasi dünyagörüş də zəruri amil idi, siyasi səbatlıq da. Xuduş müəllim belə tanınırmış. 1966-cı il sentyabrın 28-də Zəngilan Rayon Partiya Komi¬tə¬si-nin (RPK-nin) təbliğat və təşviqat şəbəsinin təlimatçısı vəzifəsinə irəli çəkilib.
Xuduş müəllim RPK-də işlədiyi iki il ərzində dərin biliyi və yüksək təşkilatçılığı ilə rayon ziyalıları və zəhmətkeşlərinin hörmətini qazanıb. Pedaqoji təhsili, partiya işindəki ba¬ca¬rı¬ğı və təşəbbüskarlığı nəzərə alınaraq rayon maarif şöbəsində metodiki kabinetin müdiri vəzi¬fə¬sində işləməsi tövsiyə edildi. 1968-ci ilin avqustandan 1971-ci ilın avqustunadək metodiki ka¬bi¬netin müdiri oldu. Bu müddətdə tədris prosesinin keyfiyyətli təşkilini, plan və proqramların ye¬rinə yetirilməsini, texniki və əyani vasitələrdən, metodik materiallardan istifadə olunmasının təmin edil¬məsini, məktəblərdə və digər təlim-tərbiyə müəssisələrində qabaqcıl təcrübənin öyrənil¬mə¬sini, ümumiləşdirilməsini, pedaqoji kadrların fənn metodbirləşmələrinin işinin düzgün və yük¬sək sə¬viy¬yədə təşkil edilməsinə nail olması üçün bütün bilik və bacarığını böyük səxavətlə sərf et¬di. Təlim-tərbiyənin tətbiqi sahəsində müəllimlərin ən yaxşı məsləhətçisi oldu. Metodşuranın işin¬də fəal iştirak etməklə yanaşı, qabaqcıl müəllimlərin iş təcrübəsini öyrənil¬mə¬sini və ümu-miləş¬dirilib yayılmasını təşkil etməklə rayonda təhsilin səviyyəsinin yüksəldilməsinin fəallarından oldu. Nəti¬cədə ali və orta ixtisas təhsili məktəblərinə qəbul olanların sayı xeyli artdı...
Təhsil sahəsində topladığı təcrübə və əldə etdiyi təşkilatçılıq qabliyyəti yüksək qiymət¬lən¬di¬ri¬ldi. 1971-ci ilin sentyabrında yenidən RPK-nin təbliğat və təşviqat şöbəsinin təlimat¬çısı vəzi¬fə¬sinə təyin edildi. Partiya işindəki uğurlu fəaliyyəti nəzərə alındı, 1973-cü ildə Bakı Ali Par¬ti¬ya məktəbinə göndərildi.
Bakı Ali Partiya Məktəbini fərqlənmə diplomu ilə bitirəndən sonra 1975-ci ildə Zəngilan RPK-də siyasi maarif kabinetinin müdiri vəzifəsinə irəli çəkildi. Eyni zaman¬da, ictimai əsaslarla RPK-nin partiya komissiyasının sədri vəzifəsini də yerinə yetirirdi. O, işlədiyi müddətdə özünü bacarıqlı, səmimi bir partiya işçisi kimi doğrultdu, rayon ictimaiy¬yətinin dərin hörmətini qazandı. Siyasi maarif kabinetinin müdiri olduğu illərdə partiyanın qar¬şıya qoyduğu və-zi¬fələrin yerinə yetirilməsi istiqamətində rəhbər kadrların siyasi biliyinin artırılmasına xüsusi diq¬qət yetirirdi. Təbliğatçıların, təşviqatçıların, siyasi məruzəçilərin böyük ək¬səriyyəti öz işinə bələd olan, nəzəri cəhətdən yüksək hazırlıqlı mütəxəssislərdən seçilirdi. Onların iş təcrübəsi barəsində “Kənd həyatı” rayon qəzetində vaxtaşırı məqalələr veri¬lir¬di. Qabaqçıl təbliğatçılar RPK-nin, Respublika Bilik Cəmiy¬yə¬tinin fəxri fər¬man¬ları ilə təltif edilirdi...
Yaxşı xatırlayıram. Hərbi xidmətimi başa vurub rayona qayıtmışdım. Hərbi xidmətdən parti¬ya sıralarına qəbul olunmağım üçün verilmiş lazımı sənədləri rayon partiya komitəsinə təqdim et¬dim. İşlədiyim ərazi ilk partiya təşkilatında partiyaya qəbul olunmağıma razılıq veril¬mişdi. İlk partiya təşkilatının iclasında RPK-nin partiya komissiyasının sədri Xuduş İsgəndərov da iştirak edirdi. Həmin illərdə ali təhsillilərin partiya sıralarına qəbul edilməsinə ciddi məhdudiyyətlər qo¬yulduğuna görə belə bir prosedurun baş tutması istisna hal kimi qiymətləndirilirdi. Ona görə iclas¬da PPK-nin məsul işçisinin iştirakı vacib hesab edilirdi. İclasın gündəliyi elan edildi. Xuduş müəl-lim Partiya komissiyasının sədri kimi qəbul qaydalarını izah etdikdən sonra müzakirələrə baş¬la¬nıl¬dı. Xoşbəxtlikdən partiya təşkilatının büro üzvlərinin hamısı orta məktəbdə müəllimlərim ol¬muş¬du, onların hər biri mənim partiya siralarına qəbul olunmağımı yekdilliklə bəyəndilər. Xusu¬si¬lə Nəriman Ağayevin birinci çıxış etməsi iclasda olduqça xoş əhval-ruhiyyə yaratdı. Xa¬tır¬la¬dıram ki, Nəriman Ağayev 1941-45-ci illərdə Böyük Vətən müharibəsində şanlı döyüş yolu keçmiş, müharibədən sonra ali təhsil alaraq gənc yaşlarından məktəb direktoru, Zəngilan rayon ma¬arif şö¬bə¬sinin müduri, Zəngilan RPK-nin ikinci və birinci katibi vəzfələrində işləmiş, rayon ic¬ti¬maiy¬yəti arasında böyük nüfuz sahibi olan tanınmış ziyalı və ustad müəllim idi. Nəriman müəl¬li¬min mənim haqqında dediyi xoş sözləri diğər çıxışçılar davam etdirdilər. Mən ic¬la¬sın belə yüksək aşikarlıq şə¬rai¬tində təşkil edilib keçirilməsində Xuduş müəllimin yüksək hörmətə və nüfuza sahib oldu¬ğu¬nu həmişə ehtiramlarla xatırlayacam.
Mənim partiya təhsili sistemində ali siyası təhsil almağımı da Xuduş müəllim məsləhət görmüşdü. Eti¬ma¬dını doğ¬rult¬dum. 1983-cü ildə Azərbaycan KP MK-nın Marksizm –Leninizm Universitetini fərqlənmə diplomu ilə bitirdim.
Xuduş müəllim 1988-ci ildə Zəngilan rayon avtonəqliyyat müəs¬si¬səsinin müdiri vəzifəsinə təyin ediləndə siyası-maarif kabinetirnin müdiri vəzifəsində onu əvəz etdim. Xuduş müəllim kitabxanada qey¬diy¬yatda olmayan maqnitofon və seyfində saxladığı bir neçə saatı sənədsiz mənə təqdim etdi. Bil¬dir¬di ki, saatlar hədiyyə kimi əmək qabaqcıllarına təqdim edilmək üçündür. Saatlar və maqni¬to¬fon hədiyyə edildiyinə görə qeydiyyata alınmayıb, tələbat olanda qabaqcıllara təq¬dim edilmək üçün sax¬lanılıb. Mən bu vəzifədə işlədiyim müddətdə saatlar seyfimdə qal¬mış¬dı. Təhsil almağa gön¬dəriləndə Xuduş müəllimin mənə hədiyyə etdiyi həmin saatların qa¬lanlarını və maqnitofonu mənim yerimə təyin edilən keçmiş komsomol dostum Sərməs Əhmədova təhvil verdim....
1990-cı il yanvarın 22-də Zəngilan şəhərinin mərkəzi meydanında 20 Yanvar faciəsinə həsr olunmuş mitinqdə partiya biletindən imtina edənlərdən biri də Xuduş müəllim olmuşdu...
2019-cu ilin fevralınadək Bəsitçay Dövlət Təbiət Qoruğunun direktoru işləməklə yanaşı elmi işlə də məşğul olurdu. O, bir monoqrafiya və on elmi əsərin müəllifidir. “Azərbaycanın Arazboyu dağətəyi düzən rayonlarında payızlıq taxıl əkinlərinin alaqlarına qarşı kimyəvi mübarizə təd¬bir¬ləri” barədə əldə etdiyi elmi təcrübə bu gün təsərrüfatlarda geniş tətdiq olunmaqdadır.
Səmərəli əmək və elmi fəaliyyətinə görə 2010-cu il mayın 22-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Fərmanı ilə “Tərəqqi” medalı ilə təltif edilib. 2009-cu ildən Zən¬gi¬lan rayon Ağsaqqallar Şurasının sədri olan Xuduş İsgəndərov “Heydər Əliyevin anadan olma¬sı¬nın 100 illiyi ( 1923-2023)” yubiley medalı ilə təltif olunub.
Xuduş müəllim həm də gözəl ailə başçısıdır. Ömür-gün yoldaşı Səltənənt həkimlə birlikdə bir oğul və üç qız övladını Vətənə layiq övladlar kimi böyüdüblər. Onlar hamisı ayrı-ayrı peşələr üzrə ali təhsil alaraq çalışdıqları sahələrdə layiqli mütəxxəssis olublar.
Müharibə və əmək veteranı olan Xuduş İsgəndərov təqaüddə olsa da həmişə gənclik həvəsi ilə çalışaraq nəinki gənclərimizə, həm də bütün insanlara əsl örnəkdir.
Xuduş Əmən oğlunu tanıyanlar həmişə bu qürurla tanıyıb, bu saflıqla tanıyıb, bu sadəliklə ta¬nı¬yıb. Xuduş müəllim hamıya xeyirxahlıq eləməklə yaşayıb illərini, indi də belə yaşayır. “Ahıllığın xeyirxahlığı daha kövrək olur, daha gərəkli olur...” – Xuduş müəllim belə deyir...

Bayram MƏMMƏDOV,
Əməkdar müəllim




Xəbəri paylaş