Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ağdam məktəbində 1 iyun-Uşaqların Beynəlxalq Müdafiəsi Günü qeyd edilib

Ağdam məktəbində 1 iyun-Uşaqların Beynəlxalq Müdafiəsi Günü qeyd edilib


Ağdam rayonu 68 nömrəli tam orta məktəbdə 1 iyun -" Uşaqların Beynəlxalq Müdafiəsi Günü"-nə həsr olunmuş tədbir təşkil olunub.

Newscenter.az xəbər verir ki, tədbiri giriş sözü ilə məktəbin direktoru Sədaqət Həsənova açaraq şagirdləri salamlayıb və onları 1 iyun-"Uşaqların Beynəlxalq Müdafiəsi Günü" münasibətilə təbrik edib.

Direktor şagirdlərin hər birinə sağlamlıq, xoşbəxtlik və şən, nağıl kimi uşaqlıq arzulayıb. Sədaqət Həsənova və vurğulayıb ki, uşaqlar bizim gələcəyimizdir. Onların sağlam, savadlı, xoşbəxt və təhlükəsiz mühitdə böyüməsi cəmiyyətin əsas vəzifələrindən biridir.

Sonda ibtidai sinif müəllimləri Yeganə Zeynalova, Günel Məmmədovanın təşkilatçılığı ilə 1a və 1 b sinif şagirdlərinin ifasında şeirlər dinlənildi,səhnəciklər nümayiş olunub.

Tədbirin sonunda şagirdlər sertifikatlarla təltif ediliblər.

Anar Əliyev
Xəbəri paylaş