Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İran Suriyada PKK-nı yenidən aktivləşdirir

İran Suriyada PKK-nı yenidən aktivləşdirir


"İran Suriyada YPG terror təşkilatı ilə danışıqlar apararaq silahı yerə qoymamağı tövsiyə edir və Türkiyə əleyhinə yenidən aktiv əməliyyatlar üçün logistik dəstək verir. Xüsusilə Druzların da prosesdə iştirak etməsi üçün danışıqlar aparılması haqqında informasiya yayılır. PKK terror təşkilatının özünü buraxması və ona bağlı olan təşkilatların eyni addım atması Tehranı hərəkətə gətirib. Suriyada Türkiyəyə məğlubiyyətini qəbul etməyən Tehran müxtəlif yollarla bu ölkədə yenidən aktivləşməyi hədəfləyir".

Newscenter.az xəbər verir ki, bunları politoloq Məhəmməd Əsədullazadə deyib. O bildirib ki, İran PKK-nın Suriya qanadını yenidən aktivləşdirsə, bu Ankara və Tehran arasında dərin siyasi böhrana gətirib çıxara bilər:

"Ümumiyyətlə, İranın Suriyada yenidən proksi qüvvələr yaradıb, istifadə etməsi mümkün deyil. Buna cəhd edir. Amma, effektiv olacağı, bunun Türkiyə üçün problemlər yaradacağı mümkün görünmür. PKK İran qolu PJK silahı yerə qoymayıb. Görünür, İran PJK-dan istifadə edərək, PKK -dan ayrilan terrorçuları qəbul etməklə Suriyaya yönəldir.
İran Türkiyəni regionda özünə əsas rəqib hesab edir. Hətta Tehran Türkiyəyə qarşı İsraillə əməkdaşlığa hazırdır".

Süleyman
Xəbəri paylaş