Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Şəhid ailələrinin övladları üçün bayram tədbiri keçirilib

Şəhid ailələrinin övladları üçün bayram tədbiri keçirilib


Qusar rayonunda Azərbaycan Respublikası Milli Məclisinin deputatı Anatoliy Rafailovun və "Magen David Azərbaycan" İnsan Hüquqları və Xeyriyyə Cəmiyyətinin birgə təşkilatçılığı ilə Qusar və Quba rayonlarından olan şəhid ailələrinin övladları üçün 1 iyun-Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə tədbir keçirilib.

Newscenter.az "Magen David Azərbaycan" İnsan Hüquqları və Xeyriyyə Cəmiyyətinə istinadən bildirir ki, deputat, Azərbaycan-İsrail Parlamentlərarası İşçi Qrupunun rəhbəri və Magen David Azərbaycan cəmiyyətinin fəxri sədri Anatoliy Rafailov tədbiri açaraq şəhidlərin şücaətindən, 44 günlük Vətən müharibəsindəki tarixi Qələbənin memarı Prezident İlham Əliyevin rəhbərliyindən danışdı. O, uşaqları bayram münasibətilə təbrik edərək onlara sağlamlıq, xoşbəxtlik və uğurlu gələcək arzulayıb.

Çıxışlarda vurğulanıb ki, Azərbaycanda uşaq siyasətinin bünövrəsi Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub və bu gün Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva tərəfindən uğurla davam etdirilir.

Tədbirdə Qusar Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov, Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov, Azərbaycan Respublikası Milli Məclisinin deputatları, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, Qusar və Quba RİH başçısı Aparatlarının məsul əməkdaşları, şəhid ailələri və onların övladları iştirak ediblər.

Tədbirdə uşaqlara bayram hədiyyələri təqdim olundu, şəhid ailələri ilə birlikdə çəkilmiş xatirə portretləri paylaşıldı və günün sonunda uşaqlara xoş anlar yaşadılıb.

Süleyman
Xəbəri paylaş