
Yunanıstanın Milli Xalq Sağlamlığı Agentliyi (EODY) ağcaqanad dişləmələri ilə bulaşan Qərbi Nil virusu ilə bağlı ictimaiyyətə xəbərdarlıq edib.
Newscenter.az Röyters-ə istinadən bildirir ki, xüsusilə yay və payız aylarında qoruyucu tədbirlərin görülməsi lazım olduğunu bildirilib.
EODY tərəfindən edilən açıqlamada Qərbi Nil virusunun hər il bir çox ölkədə xüsusilə yay aylarında görüldüyü xatırladılıb və Yunanıstanda 2010-cu ildən bəri demək olar ki, hər il rast gəlinir.
Açıqlamada qeyd edilib ki, son 15 ildə ölkədə ümumilikdə 2088 xəstə aşkarlanıb, onlardan 1471-də mərkəzi sinir sistemi simptomları olub. Virus aşkar edilən xəstələrdən 292 nəfər həyatını itirib.
Cavid İmaməliyev