
İnternet 5G Rusiya təyyarələrində 2027-ci ildə mövcud olacaq.
Newscenter.az TASS-a istinadən bildirir ki, bunu Rusiya Federasiyasının rəqəmsal inkişaf naziri Maksut Şadaev deyib.
O bildirib ki, 2027-ci ildə peyk interneti təyyarələrdə peyda olacaq.
Bundan əvvəl nazir 2027-ci ildə Rusiyada internetə universal çıxışı təmin edəcək aşağı orbital peyk qrupunun 272 peykdən ibarət olacağını və internet şəbəkəsindən yüksək elliptik orbitdə istifadə etmək üçün 2026-cı ildə Rusiya Federasiyasının ilk rabitə peyklərinin orbitə buraxılacağını açıqlamışdı.
Anar Əliyev