Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycan-Türkiyə qardaşlığına heç bir qüvvə xələl gətirə bilməz

Azərbaycan-Türkiyə qardaşlığına heç bir qüvvə xələl gətirə bilməz


"Türkiyədə bəzi media orqanlarında, eləcə də bir qrup dini kəsimin nümayəndələri tərəfindən Azərbaycan-İsrail dostluq münasibətlərinə qeyri-obyektiv, qərəzli və sağlam olmayan mövqe sərgilənməsi təəssüf doğurur".

Bu fikirləri Newscenter.az-a politoloq Əli Orucov səsləndirib. O bildirib ki, Azərbaycanla Türkiyə bir millət, iki dövlətdir və bu qardaşlığa heç bir qüvvə xələl gətirə bilməz:

"Belə cəhdlər də həmişə uğursuz olub. Lakin İsrail HƏMAS müharibəsindən sui-istifadə edərək Azərbaycana qarşı bəzi qüvvələrin qarayaxma kampaniyası aparması və bəzi dini kəsimi də buna alət etməsi məkrli planların tərkib hissəsi kimi qəbul edilməlidir. Burada İran radikal şiə xətti açıq aydın sezilir. Tehran da Bakını İsrailə neft satmaqda suçlayaraq Azərbaycanı İslam dünyasında gözdən salmağa çalışır. Güya Bakı nefti ilə İsrail tankları Fələstində müsəlmanlara qarşı faciələr törədir. Müsəlmanların Fələstində İsrailin kütləvi qırğınlar və dağıntılar törətməsinə həssasiyyətindən bəhrələnən Azərbaycanın və Türkiyənin düşmənləri müxtəlif fantaziyalar uydurmaqda davam edirlər. Qardaş Türkiyədə də bəzi media qurumlarının ya bilərəkdən ya da bilməyərəkdən bu oyunların içində yer almaları üzücüdür. Dünya bazarına neft ixrac edən onlarla ölkə var, İsrail özünə lazım olan nefti başqa ölkələrdən də alır. Lakin göründüyü kimi məhz məqsədli şəkildə Azərbaycan hədəf götürülür. Nəzərə almaq lazımdır ki, Azərbaycana qarşı Qərbin silah embarqosu və siyasi basqınlar zamanı İsrail Azərbaycanın yanında oldu, onun haqq işinin qalib gəlməsi üçün dost olaraq davrandı. Bu gün də hər iki ölkə arasında əməkdaşlıq yüksək səviyyədədir və dinamik inkaf edir".

Əli Orucov hesab edir ki, İslam dövlətləri də gec tez İsraillə əlaqələr quracaqlar:

"Digər tərəfdən işğalın, müharibənin facələrini yaşayan Azərbaycan Fələstinə dəstəyini əsirgəməyib. Humanitar sahədə də yardımlarını davam etdirir. Azərbaycan İsrail-Fələstin probleminin həllinin BMT Nizamnaməsinə uyğun və iki dövlət prinsipi üzərində görür. Bu mövqeyi cənab Prezident İlham Əliyev Misirdə rəsmi səfəri zamanı da səsləndirib. Bakı hər zaman İsrail Fələstin münasibətlərinə beynəlxalq hüquq çərçivəsində və ədalətli yanaşıb".

Süleyman
Xəbəri paylaş