
Qurban bayramı ilə əlaqədar Özbəkistanda ölkədaxili səyahətlərdə endirimlər tətbiq olunacaq.
Newscenter.az "Sputnik Özbəkistan"a istinadən bildirir ki, bu barədə Turizm Komitəsi məlumat yayıb.
Bildirilib ki, Qurban bayramı ilə əlaqədar əhalinin asudə vaxtının səmərəli təşkili və əhalinin daxili turizm istiqamətində səyahətə cəlb edilməsi məqsədilə 6-8 iyun tarixlərində respublika üzrə endirimlər tətbiq edilir.
Belə ki, respublika üzrə regionlarda fəaliyyət göstərən 135 mehmanxana və hostel göstərdiyi xidmətlərə görə 20 faizədək könüllü endirimlər tətbiq edib. Onlar 5 ilə 58 faiz arasında dəyişir.
Həmçinin “Vaqf” xeyriyyə ictimai fondunun tabeliyində olan ödənişli ziyarətgahlara güzəştlər edilir. Qurban bayramı günlərində əlil və ahıl vətəndaşlar, azyaşlı uşaqlar ziyarətgahlara pulsuz daxil olacaqlar.
Cavid İmaməliyev