Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Bizə əmanət qoyulan o torpaqların sahibləri bizik

Bizə əmanət qoyulan o torpaqların sahibləri bizik


"Milli birliyimizə sadiqliyin nümayişi olan Qələbə səfərləri davam edir. Növbəti səfərimiz Füzuli, Cəbrayıl və Zəngilana olacaq. Bu səfərlərin siyasi əhəmiyyəti, milli həmrəyliyimizin davamı, milli birliyimizə sadiqliyin nümayişi, doğma torpaqlarımıza olan həsrətin tərənnümüdür".

Newscenter.az xəbər verir ki, bu fikirləri "YENİ XƏTT" siyasi tədqiqatlar mərkəzinin rəhbəri Ramil Hüseynov səsləndirib. O deyib ki, bu torpaqlar uzun illər həm siyasi nəvazişdən, həm də vətəndaş qayğısından məhrum olmuşdu:

"Doğmalıq telləri qırılmış, əlaqələrimiz kəsilmişdi. Amma bütün bunları bərpa edib, bizə bu xoş günləri yaşadan siyasi iradəyə, vətəndaş qayğısına, doğmalıq bağlarının yenidən qurulmasına səbəb olan şəhidlərimizə, qazilərimizə, siyasi qətiyyətimizə və müdrik diplomatiyaya sonsuz təşəkkürümüzü, sayğımızı və ehtiramımızı bildiririk.

O torpaqlar babalarımızın sevdiyi, bizə əmanət qoyduğu, dəyərləri və adət-ənənələri ilə yaratdığı və yaşatdığı mədəni irsi ilə bizə doğmadır. Bizə qucaq açan o torpaqları, o Vətəni qucaqlamaq üçün səfərdəyik".

Mərkəz rəhbəri qeyd edib ki, bizə əmanət qoyulan o torpaqların sahibləri bizik:

"O sahibliyi qəhrəmanlıqla, qətiyyətlə, qürurla biz qazandıq. Bu sahibliyi heç vaxt itirməmək, əksinə, daim qorumaq üçün gücləndik, qüdrətli olduq, bütövləşdik. Milli siyasətimizin strateji xəttini quranlarla bir yerdə bu proseslərin şahidi olmaq, hər bir vicdanlı vətəndaş üçün ən böyük xoşbəxtlikdir".

Süleyman
Xəbəri paylaş