
Bəhreyn, Konqo Demokratik Respublikası, Kolumbiya, Latviya və Liberiya 2026-cı il yanvarın 1-dən BMT Təhlükəsizlik Şurasının yeni qeyri-daimi üzvləri olacaqlar.
Newscenter.az TASS-a isrinadən bildirir ki, bunu dünya təşkilatının Baş Assambleyasının cümə axşamı keçirilən səsverməsinin nəticələri sübut edir.
Təhlükəsizlik Şurasının yeni üzvləri səlahiyyət müddəti 2025-ci il dekabrın 31-də başa çatan Əlcəzair, Qayana, Koreya Respublikası, Sloveniya və Syerra-Leoneni əvəz edəcək.
Qeyd edək ki, BMT Təhlükəsizlik Şurasının 10 qeyri-daimi üzvü var və hər il beş dövlət rotasiya ilə çıxış edir. “Beşlik” daimi üzvlərdən (Rusiya, Böyük Britaniya, Çin, ABŞ və Fransa) fərqli olaraq, onların veto hüququ yoxdur. Qurumun hazırkı qeyri-daimi üzvləri Əlcəzair, Qayana, Yunanıstan, Danimarka, Pakistan, Panama, Koreya Respublikası, Sierra Leone, Sloveniya və Somalidir.
Mehman Mehdiyev