Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İstanbul-Naxçıvan-İstanbul reysi üzrə uçuşlara başlanılıb

İstanbul-Naxçıvan-İstanbul reysi üzrə uçuşlara başlanılıb



Bu gündən Türkiyənin İstanbul şəhərindən Azərbaycanın Naxçıvan şəhərinə və əks istiqamətdə uçuşlara başlanılıb.

Newscenter.az xəbər verir ki, reysləri qonşu ölkənin “AJet” aviaşirkəti həftədə iki dəfə olmaqla (çərşənbə axşamı və şənbə günləri) həyata keçirir.

Bakı vaxtı ilə saat 05.55-də İstanbuldakı Sabiha Gökçen beynəlxalq hava limanından səmaya qalxan təyyarə saat 09:05-də Naxçıvan aeroportuna enib.

Bu günə qədər Naxçıvan-İstanbul-Naxçıvan reyslərini “Türk Hava Yolları” şirkəti həyata keçirirdi və biletlərin qiyməti 300-600 manat arasında dəyişirdi. “AJet” üzrə qiymətlər isə 120 manatdan başlayır.

Süleyman
Xəbəri paylaş