
Los-Anceles 2028 Yay Paralimpiya Oyunlarında 23 idman növü üzrə ümumilikdə 4480 kvota ayrılacaq.
Newscenter.az-ın xarici mediaya istinadən verdiyi xəbərə görə, bu o deməkdir ki, kvota yerlərinin ümumi sayı Parisdə keçirilən son Yay Paralimpiya Oyunları ilə müqayisədə 80 yer çoxdur.
Los-Anceles 2028 Yay Paralimpiya Oyunlarında 267 kişi yarışı, 247 qadın yarışı və 46 qarışıq komanda yarışı, ümumilikdə 560 yarış keçiriləcək. Onu da qeyd etmək yerinə düşər ki, yarışların sayı 2024-cü il Paris Yay Paralimpiya Oyunları ilə müqayisədə 11 yarış çoxdur.
Los-Anceles Paralimpiya Oyunları üçün yenilənmiş idman növləri siyahısına paradırmanma da əlavə edilib.
Elan edilmiş proqram və kvotaların sayı onu göstərir ki, Paralimpiya Oyunları tarixində ən böyük medal fondu dördilliklərin Los-Ancelesdə keçiriləcək ən mühüm turnirində oynanılacaq.
Cavid İmaməliyev