
2025-ci ilin birinci rübündə daimi yaşamaq üçün Qazaxıstana köçən vətəndaşların sayı 4923 nəfər təşkil edib.
Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, bu brədə Milli Statistika Bürosu məlumat yayıb. Bildirilib ki, ölkəni tərk edənlərin sayı isə 1122 nəfər olub.
Ölkənin əsas miqrasiya mübadiləsi MDB ölkələri ilə olub. MDB ölkələrindən gələnlərin xüsusi çəkisi 84,1 faiz, bu ölkələrə gedənlərin xüsusi çəkisi isə 68 faiz təşkil edib.
MDB ölkələrindən miqrasiya edən və icazə məktubu alan 4137 nəfərdən ən çoxu Özbəkistandan olub. Onlar 2614 nəfər təşkil edib. Sonrakı yeri 982 nəfərlə Rusiya tutub.
Cavid İmaməliyev