Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Amerika və Çin liderləri görüşəcək

Amerika və Çin liderləri görüşəcək


ABŞ prezidenti Donald Tramp və Çin lideri Si Tsinpin arasında telefon danışığı keçirilə bilər.

Newscenter.az TASS-a istinadən bildirir ki, bu barədə “Politico” qəzeti məlumat yayıb.

Mənbələrdən bildirdiyinə görə, Tramp Çin lideri ilə telefon danışığı aparmaq fikrinə aludə olub.

"Tramp əmindir ki, dünyanın iki ən böyük iqtisadiyyatı arasındakı dərin fikir ayrılıqları həll edilə bilər",-deyə nəşr yazır.

Qəzet Ağ Evə yaxın keçmiş Tramp rəsmisindən sitat gətirir:

“Tramp hesab edir ki, telefon zəngi bizə ticarət məsələləri ətrafında qaldırılan səs-küyü aradan qaldırmağa və birbaşa məsələnin mahiyyətinə varmağa imkan verəcək.

Mehman Mehdiyev
Xəbəri paylaş