Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Avropa İttifaqı Rusiya ilə diplomatik əlaqələri bərpa etmək istəyir

Avropa İttifaqı Rusiya ilə diplomatik əlaqələri bərpa etmək istəyir



"Avropa İttifaqı sülh danışıqları başa çatdıqdan sonra Ukraynada rol oynamaq istəyir, ona görə də onun Rusiya ilə əlaqə qurmaqdan başqa yolu yoxdur".

Newscenter.az TASS-a istinadən bildirir ki, bunu Lüksemburq parlamentinin deputatı Fernand Kartheiser Politico-ya müsahibəsində deyib.

O bildirib ki, Moskvaya səfəri zamanı ona Avropa Parlamentinin deputatları üçün Rusiya tərəfi ilə daimi video əlaqə yaratmaq təklif olunub.

Karthauzer həmçinin bildirib ki, Aİ-nin Moskva ilə rəsmi diplomatik münasibətləri bərpa etməkdən başqa yolu yoxdur, xüsusən də Brüssel Ukraynadakı münaqişənin həllində maraqlıdır.

Qeyd edək ki, Fernand Kartheiser 2024-cü ildə Avropa Parlamentinə seçildiyi Lüksemburqda yerləşən sağçı Alternativ Demokratik İslahatlar Partiyasına (ADR) rəhbərlik edir. O, ardıcıl olaraq Aİ ilə Rusiya arasında münasibətlərin normallaşdırılmasının tərəfdarı olub.

O, mayın 25-dən 28-dək Rusiya Federasiyası Dövlət Dumasının dəvəti ilə Moskvada olub. Moskvada Dövlət Dumasının beynəlxalq məsələlər komitəsinin sədri Leonid Slutski, Federasiya Şurasının beynəlxalq məsələlər komitəsinin sədri Qriqori Karasin və Rusiya Federasiyası xarici işlər nazirinin müavini Aleksandr Qruşko ilə görüşüb.

Cavid İmaməliyev
Xəbəri paylaş