Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Çin lideri Trampla görüşməyə ehtiyat edir

Çin lideri Trampla görüşməyə ehtiyat edir


Pekin Oval kabinetdə Trampın Vladimir Zelenski və Cənubi Afrika prezidenti Kiril Ramafosanı qəbulu zamanı yaranan qeyri-müəyyən vəziyyətlər fonunda ABŞ Prezidenti Donald Tramp və Çin Prezidenti Si Cinpin arasında görüşə ehtiyatla yanaşır.

Newscenter.az TASS-a istinadən bildirir ki, bu barədə “Politico” məlumat yayıb.

Nəşr mənbələrə istinadən yazır ki, Trampın özü də iki ölkənin münasibətlərindəki çətinlikləri müzakirə etmək ümidi ilə Si Cinpinlə danışmağı səbirsizliklə gözləyir.

Politico həmçinin qeyd edir ki, belə bir söhbət, əgər bu, tezliklə baş verərsə, münasibətlərin normallaşmasında sıçrayışa səbəb olmayacaq.

Anar Əliyev
Xəbəri paylaş