
Türkiyədə restoranın tavanı çökməsi nəticəsində bir neçə nəfər xəsarət alıb.
Newscenter.az trthaber-ə istinadən bildirir ki, hadisə Muğlada qeydə alınıb.
Məlumata görə, Muğlanın Fethiye rayonunda bir restoranda tavanı çöküb.
Hadisə nəticəsində biri uşaq olmaqla 5 xarici ölkə vətəndaşı yaralanaraq xəstəxanaya aparılıb.
Əraziyə çoxlu sayda tibb heyəti və polis qrupları sövq edilib.
Fuad Hüseynzadə