Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ruslara Türkiyəyə səfər etməmək tövsiyə olunur

Ruslara Türkiyəyə səfər etməmək tövsiyə olunur


Türkiyədə yay aylarında əsasən uşaqlarda daha çox təsirli olan Koksaki virusunun geniş yayılmasından dolayı ruslara bu ölkəyə səfər etməmək barədə çağırış edilib.

Newscenter.az-ın TASS-a istinadən verdiyi xəbərə görə, Rusiya Elmlər Akademiyasının epidemioloqu və akademiki Gennadi Onişenko bildirib ki, ruslar bu ölkəyə səyahət etməkdən çəkinməlidirlər.

"Vətəndaşlarımızı Türkiyəyə səyahət etməkdən çəkindirərək ənənəmə əməl edəcəyəm. Tətil mövsümünün yeni başlamasına baxmayaraq, Türkiyədə istirahət edənlərimiz artıq Koksaki xəstəliyi ilə qarşılaşıblar. Bu, su, yemək və çirkli əllərlə keçən viral xəstəlikdir. Yeri gəlmişkən, bu virusa ən çox on yaşınadək uşaqlar yoluxur", - deyə o, bildirib.

Onişenko əlavə edib ki, virus təhlükəlidir, çünki o, aseptik meningit, mədə-bağırsaq pozğunluqları, ürək, qaraciyər və mədəaltı vəzi yarada bilər.

Bundan əvvəl Telegram kanallarında Türkiyədə istirahət edən rusların Koksaki virusu ilə qarşılaşdıqları barədə mesajlar yayılmağa başlayıb.

Cavid İmaməliyev
Xəbəri paylaş