
Düşənbədə MDB Hökumət Başçıları Şurasının iclası başlayıb.
Newscenter.az TASS-a istinadən bildirir ki, Birliyin Nazirlər Kabinetinin rəhbərləri qarşıdan gələn könüllülər forumunu müzakirə edəcək və turizmin inkişafına görə xüsusi mükafat verəcəklər.
İclasın gündəliyinə 18 məsələ daxildir. Ənənəvi olaraq, kiçik formatda şura üzvləri Birlik ölkələrində iqtisadi qarşılıqlı fəaliyyətin aktual məsələləri ətrafında fikir mübadiləsi aparacaqlar.
İclasda həmçinin səhiyyə, regionlararası və transsərhəd əməkdaşlıq, müdafiə və təhlükəsizlik sahələrində qarşılıqlı fəaliyyəti tənzimləyən bir sıra sənədlərin qəbulu planlaşdırılır.
Mehman Mehdiyev