Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Tramp yenidən ruspərəst oldu

Tramp yenidən ruspərəst oldu


ABŞ prezidenti D. Trampla V. Putinin telefon danışığı Ukrayna üçün mənfi ssenaridir. D. Tramp Ukraynanın Rusiya tərəfindən tamam işğalında problem görmür. Onun V. Putinə müsbət simpatiyası var. Muharibəni bitirmək istəyir. Muharibəni necə bitirmək istəyi isə problemdir.

Newscenter.az xəbər verir ki, bu fikirləri politoloq Məhəmməd Əsədullazadə səsləndirib. O deyib ki, D. Tramp Rusiyaya təzyiq etmək istəmir:

"Ağ Ev rəhbəri Ukraynaya silah yardımının davamında maraqlı deyil. Məhz planı budur ki, V. Putin Ukraynanı tam ələ keçirsin. Bundan sonra, İranın neft-qaz yataqları ilə bağlı müqavilənin bağlanmasında V. Putin D. Trampa vasitəçilik etsin. V. Putində D. Trampa bununla bağlı "söz" verib.

ABŞ Dövlət institutları -Pentaqon, Dövlət departamenti, Kongres, Mərkəzi Kəşfiyyat idarəsi dövlətin strateji məğlubiyyətinə gətirib çıxaracaq siyasətə imkan vermək istəmirlər. D. Tramp V. Zelenski ilə danışanda olur Ukraynapərəst. V. Putinlə danışanda isə, olur rusiyapərəst".

Anar Əliyev
Xəbəri paylaş