Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Belçikalı Türklərdən soydaşlarımıza qurban payı

Belçikalı Türklərdən soydaşlarımıza qurban payı


Azərbaycan-Belçika Dostluq Cəmiyyətinin sədri Ayhan Dəmirçi və Belçika Gent Türk Ocaqlarının fəxri sədri Rəcəb Tuncər Sarının şəxsi təşəbbüsü ilə artıq neçə illərdir ki, Belçikalı Türklərin qurbanları Azərbaycanda da kəsilir.

Newscenter.az-ın məlumatına görə, Soydas.az xəbər verir ki, bu barədə Belçika Gent Türk Ocaqlarının fəxri sədri Rəcəb Tuncər Sarı bildirib. Onun verdiyi məlumata görə, bu il Azərbaycanla yanaşı, Belçikalı türklər öz qurbanlarını Türkmənistanda və Gürcüstanda da kəsiblər.

T.Sarı bildirib ki, Azərbaycanda kəsilən qurbanlar paytaxt Bakı ilə yanaşı, Yardımlı, İsmayıllı, Saatlı, Qazax rayonlarında, eləcə də Gürcüstanın azərbaycanlılar yaşayan Qoçulu kəndində kəsilib, 200-dən çox ailəyə paylanıb.

Xatırladaq ki, 2020-ci ildən Belçikalı türklər tərəfindən ənənə halını almış bu xeyirxah aksiya hər il davam edir. Ötən bu beş il ərzində ölkəmizdə 500-dən çox qurban kəsilərək, minlərlə aztəminatlı ailələrə paylanılıb.

Belçikada fəaliyyət göstərən Azərbaycan və Türk diaspora təşkilatları Azərbaycan həqiqətlərinin təbliğində hər zaman fəal rol oynamaqla yanaşı, vaxtaşırı bu cür sosial aksiyaların keçirilməsinə də təşəbbüs göstərirlər. Onlar Ramazan bayramında və pandemiya dönəmində də müxtəlif aksiyalar keçirərək, soydaşlarımıza öz yardımlarını göstəriblər.
Xəbəri paylaş