Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ermənistanın yaradılması əsrlərin geopolitik siyasəti

Ermənistanın yaradılması əsrlərin geopolitik siyasəti



Hələ 19 cu əsrdə Şimali Azərbaycan Rusiya İmperiyası tərəfindən işğal ediləndə 1828 ci il Türkmənçay müqaviləsi ilə Qacarlar İranından, 1829 cu ildə Ədirnə müqaviləsi ilə Osmanlıdan on minlərlə erməni əhalini Qarabağ, Naxçıvan və İrəvan xanlığının ərazilərinə köçürür.

Məqsəd Osmanlı ilə Azərbaycanın birləşməsinə mane olmaq üçün bufer zona yaratmaq həm də Türk Qacar sülaləsinin idarə etdiyi xanədanlıqla yaxınlaşmağı n qarşısını almaq idi. Osmanlı getdikcə zəifliyərdi və Qafqazda olan sonuncu ərazilərini itirmək üzrə olarkən Cənubi Qafqazda milli azadlıq hərəkatı qalxarsa bundan istifadə edə və Xəzər Dənizinə çıxış əldə edə bilər və Türküstanla dəniz vasitəsilə əlaqəsi ola bilər deyə Rusiya İmperiyası tərəfindən köçürülən ermənilər hər cür sosial qayğı ilə əhatə edildilər. Münbit torpaqlar, vergidən azad edilmələr, maddi güzəştlər və sair. 1836 cı il 1500 yaşı olan Xristian Alban kilsəsinin ixtiyarı Erməni katolikosluğunun tabeliyinə verildi və albanlar dini, yazı və mədəni baxımdan erməniləşməyə başladı, qrabar dili yazı dilinə çevrildi. 1828 dən 1900 cü illərədək aparılan köçürmə siyasəti ilə Qərbi Azərbaycanda əhalinin az qismini təşkil edən ermənilər əhəmiyyətli dərəcədə yüksək faiz təşkil etməyə başladılar. Ermənilərin Qafqazda yüksək vəzifələr tutması, türk müsəlman kəndlərini erməni kəndlərinə etnik cəhətdən çevirməsi, 1880 cı illərdə Daşnaksütun partiyasının yaradılması və Osmanlı və Azərbaycanda “böyük Ermənistan “ yaratmaq üçün xaricdə lobbi halında birləşməyə başlaması 20 ci əsrin əvvəllərində açıq aşkar həddə çatdı 1905 1907 ci illərdə erməni Azərbaycanlı davası zamanı yüzlərlə kəndlər daşnaklar tərəfindən dağıdılmış, əhali soyqırımına məruz qalmışdır, 1918 ci ildə mart soyqırımı bütün Şimali Azərbaycanı bürümüş və məqsəd əhalinin milli ruhunu sındırmaq idi. Osmanlının zəiflədiyi vaxtda 1915 Anadolu Türklərinə qarşı soyqırım Şərqi Anadoluda erməni dövləti yaratmaq məqsədi daşıyırdı. 1918 ci ildə isə Azərbaycanda aparılan bu siyasət Qafqazda bu dövləti yaratmaq niyyəti daşıyırdı.1918 ci ilin 29 mayı İrəvan Şəhəri yenicə yaradılan Ermənistana AXC tərəfindən verilir. Azərbaycan milli hökümətinin ümidi bu idi ki, Qərbi Azərbaycanda türk müsəlman əhaliyə qarşı soyqırımlar və etnik qırğınlar başa çata, regionun sülh və sabitliyi təmin edilə və böyük güclərin vəziyyətdən öz xeyirlərinə istifadə etmələrinin qarşısı alınar. Lakin, Ermənistan Zəngəzur və Qarabağda yenə etnik təmizləməyə davam edirdi. 1920 ci il AXC süqut etdikdə sovet imperiyası 1930 cu illərədək keçmiş milli hökümətin 97,7 min kv km ərazisinin əhəmiyyətli hissəsini Gürcüstan və Ermənistana hədiyyə etdi və məqsəd Türkiyənin Azərbaycanla nə vaxtsa birləşib ardınca Türk Ölkələri ilə Turan yarada bilmə ehtimalını önləmək idi.

Turan yaransa Rusiyanın Şərq vilayətlərində mövcud olan Başqırdıstan, Qazan, Həştərxan, Tuva, Yakutiya və digər türk vilayətlər milli hərəkatdan ruhlana və imperiya dağıla bilərdi deyə Qafqazda Rusiya üçün etnik for post lazım idi. 1948 1953 cü illərdə Azərbaycanlıların deportasiyası ilə Ermənistan artıq mono etnik ölkəyə çevrilməyə doğru gedir həm də bu ölkənin mümkün gələcək ərazi iddiaları zamanı daxildə etnik türklər yaşamayan bir ölkə olsun və məkrli planlara qarşı çıxacaq hər hansı müqavimət olmasın.

1988 1994 cü illərdə I Qarabağ müharibəsi zamanı Ermənistanda qalan sonuncu etnik azərbaycan türkləri də köçürülür və Azərbaycan üçün 1923 cü ildən hazırlanan və məhz sovet nə vaxtsa süqut edərsə Qafqazı itirməmək üçün geopolitik məqsəd daşıyan seperatçı Dağlıq Qarabağ münaqişəsi ilə Rusiya açıq aşkar işğalçı siyasətə başlayır, məsələdən təzyiq vasitəsi kimi istifadə etməyə başlayır. Vaxtilə necə Qərbi Azərbaycan milli mədəni abidələrin dağıdılması və erməni memarlıq üslubunda abidələrin tikilməsi və təhriflərlə dəyişdirildisə Qarabağ da həm işğaldan əvvəl həm 30 illik işğal zamanı eyni taleyi yaşadı. Kilsələr hay üslubunda yenidən quruldu, beynəlxalq tarixi ensiklopediyalara xarici erməni lobbisinin əli ilə düzəlişlər edilərək Qafqaz tarixi haylaşdırıldı, hansı lobbi ki, ötən əsrin əvvəllərindən beynəlxalq təşkilatların nümayəndələrini pul, vəzifə və digər şirnikləndirici yollarla ələ almış, Azərbaycan əleyhinə qərarların qəbulunda iştirak etdirmişdi. II Qarabağ müharibəsi və 2023 19 20 sentyabr tarixində Azərbaycan ordusunun hərbi əməliyyatları torpaqlarımız işğaldan azad edildikdən sonra beynəlxalq ictimaiyyətin qərəzli mövqe nümayişi və sanksiyalar çağırışı bu Lobbinin biznes, iqtisadiyyat, siyasət və elm sahəsində necə şəbəkə halı aldığını və dünyanın müxtəlif beyin mərkəzlərində yüksək vəzifələrdə oturaraq fəaliyyət göstərdiyini sübut edir.

İsa İsmayılov, siyasi şərhçi

Newscenter.az üçün
Xəbəri paylaş