
Qazaxıstanda iş saatları dəyişdiriləcək.
Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.
Məlumata görə, iş saatlarının dəyişdirilməsi prosesi Astanada ilkin olaraq tətbiq ediləcək.
Qeyd edək ki, bundan əvvəl Şərqi Qazaxıstan vilayətinin dövlət qurumları yeni iş rejiminə keçib.
Nazirlikdən bildirilib ki, iş saatlarının azaldılması şəhərdə olan sıxlıqla əlaqədardır. Həm sıxlıq, həm də günəşin tez çıxması ilə əlaqədar iş qrafiki saat 8:00-dan 17:30-a kimi müəyyən edilib.
Dövlət Əmək Müfəttişliyi Komitəsinin sədri Yerbolat Əbilxatinin sözlərinə görə, əmək müfəttişləri iş qrafikinin dəyişdirilməsi məsələsini də öyrənib və bunun insan sağlamlığına heç bir zərəri olmadığını müəyyən ediblər.
Cavid İmaməliyev