
2025-ci ilin ikinci yarısında uzun müddət xaricdə olan 503 min vətəndaşın ölkəyə qayıtması proqnozlaşdırılır.
Newscenter.az "Sputnik Özbəkistan"a istinadən bildirir ki, bunu Miqrasiya Agentliyinin direktor müavini Mətləb Kuranov deyib.
Mətləb Kuranov qeyd edib ki, 2024-cü ildə ümumilikdə 5,1 milyona yaxın vətəndaş İİV-QİÇS-ə müayinədən keçib. Eyni zamanda, xaricdə uzunmüddətli qalmaqdan qayıdan vətəndaşların yalnız 25 faizi (434 min) könüllü olaraq İİV-AİDS testindən keçib.
Onlardan 1512 vətəndaşda xəstəlik aşkarlanıb. Həmçinin, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər arasında 12,7 min nəfər könüllü müayinədən keçib. Onlardan 81 nəfərində İİV-ə yoluxma aşkarlanıb.
Kuranov təəssüf hissi ilə qeyd edib ki, əmək miqrantları arasında yeni yoluxma hallarının sayı ötən illə müqayisədə 23,7 faiz artıb.
Cavid İmaməliyev