Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Özbəkistan Orta Asiyanın lider dövlətinə çevrilir

Özbəkistan Orta Asiyanın lider dövlətinə çevrilir


"Xarici investisiyaların cəlb edilməsi və səmərəli idarə edilməsi hər bir ölkə üçün iqtisadi artımın əsas amillərindən biridir. Özbəkistan son illər bu istiqamətdə ciddi irəliləyişlər əldə edib. Xüsusilə, investisiya mühitinin yaxşılaşdırılması, qanunvericiliyin liberallaşdırılması və bütün sahələrdə islahatların həyata keçirilməsi ilə ölkə regional liderə çevrilir".

Newscenter.az "Sputnik Özbəkistan"a istinadən xəbər verir ki, bunları Qırğız Respublikasının Dünya Siyasəti İnstitutunun direktoru Şeradil Baxtıkulov deyib.

Bildirib ki, son illər respublikada genişmiqyaslı islahatlar həyata keçirilib, biznesin aparılması üçün şərait köklü şəkildə yaxşılaşdırılıb, xarici investorlar üçün gözəl imkanlar yaradılıb. Ölkədə siyasi sabitlik hökm sürür, düşünülmüş iqtisadi siyasət aparılır, cəlbedici bazar, lazımi resurslar, yüksək keyfiyyətli infrastruktur var.

Milli Statistika Komitəsinin məlumatına görə, 2025-ci ilin birinci rübündə Özbəkistan Respublikasının əsas kapitalına investisiyaların həcmi 120,4 trilyon som təşkil edib. Ümumilikdə 90 milyard dollardan çox xarici investisiya cəlb edilib. Ötən il ölkə iqtisadiyyatı 6 faiz artım göstərib. Bu il mayın 1-nə xarici investisiyalar əsasında fəaliyyət göstərən müəssisələrin sayı 16 mini ötüb. Bu, Mərkəzi Asiya regionu üçün çox təsir edici göstəricidir.

Mehman Mehdiyev
Xəbəri paylaş