
“Özbəkistan Texnoloji Metallurgiya Kombinatı” SC ümumi dəyəri 1,6 milyard dollar olan 70-dən çox layihənin həyata keçirilməsində Rusiya şirkətləri və qurumları ilə əməkdaşlıq edir.
Newscenter.az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə idarə heyətinin sədr müavini Əmir Abidov məlumat verib.
"Bizim ümumi dəyəri 1,6 milyard dollardan çox olan 70-dən çox layihəmiz var. Biz Rusiyadan olan hörmətli həmkarlarımızı cəlb etməyə hazırıq. Biz Rusiya şirkətləri ilə R&D layihələri üzərində işləyirik", - deyə Abidov bildirib.
Mehman Mehdiyev