
Özbəkistana səfəri çərçivəsində Bolqarıstan Respublikasının Prezidenti Rumen Radev özbək həmkarı Şavkat Mirziyoyevlə görüşüb.
Newscenter.az "Sputnik Özbəkistan"a istinadən bildirir ki, Daşkənddə keçirilən danışıqların yekunu olaraq Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev və Bolqarıstan Respublikasının Prezidenti Rumen Radev ikitərəfli əməkdaşlığın genişləndirilməsinə dair Birgə Bəyannamə imzalayıblar.
Liderlər ikitərəfli sənədləri, o cümlədən Xarici İşlər Nazirlikləri arasında 2026-2027-ci illər üçün əməkdaşlıq proqramı və Daşkənd və Sofiya şəhərləri arasında tərəfdaşlıq əlaqələrinin qurulması haqqında sazişi mübadilə ediblər.
Görüşlər zamanı həmçinin, arlamentlər, iqtisadi və xarici siyasət idarələri arasında əməkdaşlığın intensivləşməsi böyük məmnunluqla qeyd olunub.
Bildirilib ki, ticarət dövriyyəsi göstəriciləri artır, əməkdaşlığın yeni sahələri və layihələri hazırlanır.
Humanitar mübadilələr aparılır, Buxara ilə Varna, Səmərqənd və Plovdiv arasında qardaşlıq əlaqələri qurulub.
Cavid İmaməliyev