Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Qazaxıstan iqtisadiyyata 150 milyard dollar xarici kapital cəlb edəcək

Qazaxıstan iqtisadiyyata 150 milyard dollar xarici kapital cəlb edəcək


"İnvestisiyaların cəlb edilməsi regionun iqtisadi paradiqmasında əsas amildir. Qazaxıstan 2029-cu ilə qədər iqtisadiyyata ən azı 150 milyard dollar həcmində xarici kapitalın daxil olmasını təmin etməyi qarşısına məqsəd qoyub. Bunlar genişmiqyaslı və yüksək iddialı məqsədlərdir və onlara kifayət qədər nail olmaq mümkündür".

Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, bunları Qazaxıstanın baş naziri Oljas Bektenov deyib.

O bildirib ki, bu məqsədlə milli iqtisadiyyatın struktur yenidən qurulmasına yönəlmiş genişmiqyaslı islahatlar israrla həyata keçirilir.

Qeyd edək ki, Qazaxıstanın baş naziri bu fikirləri Özbəkistana səfəri çərçivəsində səsləndirib. Səfər zamanı keçirilən görüşlərdə regionun investisiya cəlbediciliyinin artırılması üçün Mərkəzi Asiya ölkələrinin səylərinin əlaqələndirilməsinin vacibliyi vurğulanıb.

Forum çərçivəsində Şavkat Mirziyoyev Qazaxıstanın baş nazirini də qəbul edib.

Görüşdə ticarət-iqtisadi, nəqliyyat-logistika, sənaye, su-energetika, mədəni-humanitar əməkdaşlıq məsələləri nəzərdən keçirilib.

Cavid İmaməliyev
Xəbəri paylaş