Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

ABŞ-la Çin razılığa gəldi

ABŞ-la Çin razılığa gəldi


Londonda keçirilən danışıqlarda ABŞ və Çin nümayəndələri ikitərəfli ticarətə qoyulan məhdudiyyətlərin qismən götürülməsi və nadir torpaq metallarının Çindən tədarükünün təmin edilməsinə dair sazişlərin həyata keçirilməsi planı barədə razılığa gəliblər.

Newscenter.az TASS-a istinadən bildirir ki, bu barədə ABŞ-ın ticarət naziri Hovard Lutnik bildirib.

O, mayın 10-11-də Cenevrədə əldə olunmuş qarşılıqlı rüsumların qismən azaldılmasına dair razılaşmalara toxunaraq, “Biz Cenevrə konsensusunun həyata keçirilməsinə dair çərçivə razılaşması əldə etmişik”,-deyə bildirib.

Lutnikin sözlərinə görə, tərəflərin razılaşdırdığı plan ABŞ prezidenti Donald Tramp və Çin sədri Si Cinpinin təsdiqinə təqdim olunacaq.

Mehman Mehdiyev
Xəbəri paylaş