Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycana hər il 10 min özbək turist gəlir

Azərbaycana hər il 10 min özbək turist gəlir


Son illərdə Azərbaycanla Özbəkistan arasında bir sıra sahələrdə olduğu kimi turizm sahəsində də əlaqələr inkişaf edir. Hər iki ölkənin turoperatorlarının, eləcə də turizm qurumlarının qarşılıqlı faydalı əməkdaşlığı nəticəsində Bakı və Daşkəndə səfər edən turistlərin sayında qarşılıqlı olaraq artım qeydə alınıbş

Newscenter.az "Sputnik Özbəkistan"a istinadən bildirir ki, Daşkəndə hər il 10 minə yaxın azərbaycanlı turist gəlir. Məlumata görə, il ərzində Azərbaycana da təxminən eyni sayda özbək turist səfər edir.

Özbəkistana ən çox səfər edən xarici turistlər sırasında qırğız turistlər ilk yeri tutur.

Süleyman


Xəbəri paylaş