
Los-Anceles polisi (Kaliforniya) qanunsuz mühacirlərin kütləvi saxlanmasına və deportasiyasına etiraz edən 197 nəfəri həbs edib.
Newscenter.az TASS-a istinadən bildirir ki, bu barədə yerli polis idarəsinin rəisi Cim Makdonnel məlumat verib.
Makdonnel əlavə edib ki, hüquq-mühafizə orqanları etirazçılar tərəfindən daha çox təhlükəli və qanunsuz davranış hallarını qeydə almağa başlayıblar.
Qeyd edək ki, iyunun 6-da Los-Ancelesdə qeyri-qanuni mühacirlərin kütləvi saxlanması başlayıb. İyunun 7-də axşam saatlarında 44 nəfər immiqrasiya qanunlarını pozmaqda ittiham olunaraq həbs olunub. Hüquq-mühafizə orqanlarının hərəkətlərinə cavab olaraq şəhərdə iğtişaşlara çevrilən nümayişlər başlayıb. Etirazçılar yolu bağlayıb, ABŞ İmmiqrasiya və Gömrük Mühafizə Xidmətinin əməkdaşlarına daş və fişənglər atıblar.
Anar Əliyev