Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Rusiya ABŞ-la danışıqlara başlayıb

Rusiya ABŞ-la danışıqlara başlayıb


Moskva Vaşinqtona faktiki olaraq ABŞ-da müsadirə edilmiş Rusiya diplomatik əmlakının qaytarılması ilə bağlı yol xəritəsi verib.

Newscenter.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb. Bildirilib ki, bu barədə Rusiyanın ABŞ-dakı səfiri Aleksandr Darçiyev müsahibəsində bildirib.

"Rusiya nümayəndə heyətinə rəhbərlik etdiyim ikitərəfli münasibətlər üzrə daimi məsləhətləşmələrin mexanizmi çərçivəsində indi Rusiya Federasiyasına məxsus və 2016-2018-ci illərdə ABŞ hakimiyyəti tərəfindən faktiki olaraq müsadirə edilmiş altı diplomatik mülkün geri qaytarılması ilə bağlı danışıqlar prosesinə başlanılıb”, -deyə səfir bildirib.

Mehman Mehdiyev
Xəbəri paylaş