Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

2024-cü ildə qlobal nüvə silahı xərcləri 100 milyard dolları keçib

2024-cü ildə qlobal nüvə silahı xərcləri 100 milyard dolları keçib


2024-cü ildə qlobal nüvə silahı xərcləri 100 milyard dolları keçib.

Newscenter.az xəbər verir ki, bu barədə Nüvə Silahlarının Qadağan edilməsi Təşkilatı və Nüvə Silahlarının Ləğv Edilməsi üzrə Beynəlxalq Təşəbbüs (ICAN) məlumat yayıb.

ICAN-ın dərc etdiyi “Gizli Xərclər: 2024-cü ildə Nüvə Silahları Xərcləri” başlıqlı hesabatda 2024-cü ildə nüvə silahına malik 9 ölkənin olduğu bildirilir.

Hesabatda nüvə silahına malik ölkələrin Çin, Fransa, Hindistan, İsrail, Şimali Koreya, Pakistan, Rusiya, Böyük Britaniya və ABŞ olduğu xatırladılıb.

Hesabatda ötən il ölkələrin bu sahəyə 100 milyard dollardan çox vəsait xərclədiyi qeyd edilib ki, bu da əvvəlki illə müqayisədə 11 faiz artım deməkdir.

Özəl sektorun təkcə 2024-cü ildə nüvə silahı müqavilələrindən ən azı 42,5 milyard dollar qazandığı da hesabatda bildirilib.

Anar Əliyev
Xəbəri paylaş