
İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Məhəmməd Baqiri İsrailin bu ölkə ərazisinə endirdiyi zərbələr nəticəsində xəsarət almayıb.
Newscenter.az xəbər verir ki, bu barədə İRNA agentliyi məlumat yayıb.
Daha əvvəl Reuters agentliyi mənbəyə istinadən xəbər vermişdi ki, Bagheri öldürülüb.
Qeyd edək ki, bu gün səhər saatlarında İsrail İranın müxtəlif bölgələrindəki nüvə obyektlərinə zərbələr endirib. İsrailin baş naziri Benyamin Netanyahu bu əməliyyatın məqsədinin İranın nüvə proqramını pozmaq olduğunu bildirib və zərbələrin davam edəcəyi ilə bağlı xəbərdarlıq edib.
Cavid İmaməliyev