
"İsrailin son hücumu İran və ABŞ masasını dağıtdı. Hücum əsasən 2 nöqtəyə edilib. Siyasi və hərbi. Sepahın əsas fiqurlarının təmizlənməsi Rəfsancani klanı başda olmaqla Pezeşkiyan komandasına azda olsa nəfəs aldırır və toparlanma vaxtı verir. Digər tərəfdən isə Sepahın əsas rəqibi olan ordunu daxildə gücləndirir".
Newscenter.az xəbər verir ki, bunları politoloq Pərviz Əliyev deyib. O bildirib ki, Sepah və İran ordusu arasındakı güc savaşı 1979-cu ildən davam edir:
"İsrail bu hücumlarla İran daxilindəki hərbi-siyasi savaş şahinlərini dənləyərək reformist qanada yol açmış olur. Ancaq sərt-xətt tərəfdarlarının gücünü qırmaq məncə o qədər də asan olmayacaq.
İran təbii ki, cavab verəcək. Lakin, artıq məsələ sadəcə xarici deyil, ilk öncə daxili məsələdir və daxili Post-Xamneyi savaşı ən qızğın şəkildə davam edəcək. İran daxilində sürprizlərə hazır olmaq lazımdır. Bu arada Şah dövründən qalan bütün alimlər demək olar ki məhv edildi".
Anar Əliyev