Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İsrailin İrana hücumu regionda vəziyyəti kəskin dəyişə bilər

İsrailin İrana hücumu regionda vəziyyəti kəskin dəyişə bilər


"İsrailin İrana qarşı həyata keçirdiyi hücum regionda vəziyyəti kəskin dəyişə bilər. Bu təsirlər həm regionada ümumi təhlükəsizlik mühitinə, həm nəqliyyat dəhlizlərinə, həm idxal-ixrac balansına, həm neft qiymətlərinə, həm də mümkün miqrasiya axınlarına görə qiymətləndirilə bilər".

Newscenter.az xəbər verir ki, bu fikirləri iqtisadçı Eldəniz Əmirov səsləndirib. O deyib ki,
Şimal-Cənub Dəhlizi üzrə isə dərhal ciddi iqtisadi risk görmür:

"Çünki, İran tərəfində infrastruktur hələ də tamamlanmayıb və bu marşrut indiyə qədər də tam gücü ilə işləmirdi. Bir müddət əvvəl onsuzda əsas limanı partlayış sıradan çıxarmışdı".

İqtisadçı qeyd edib ki, 2024-cü ildə Azərbaycan–İran ticarət dövriyyəsi 647 milyon dollar olub, bunun 633 milyon dolları İranın ixracıdır:

"Yəni biz bu qədər idxal etmişik. İran əsasən Azərbaycana meyvə-tərəvəz, quru çərəzlər, bəzi dərman vasitələri, plastik məmulatlar, tikinti materialları və məişət texnikası ixrac edir. Qısamüddətli gecikmələr və qısa qiymət artımı bu sahələr üzrə mümkündür, lakin ümumi iqtisadi sabitliyi sarsıdacaq səviyyədə deyil".

Eldəniz Əmirov hesab edir ki, əgər münaqişə uzanarsa, İrandan Azərbaycana doğru humanitar və iqtisadi axının, xüsusilə də biznesi çökən sahibkarların və mülki əhalinin artması mümkündür:

"Bu isə bir tərəfdən istehlak artımı və sosial xidmətlərə təzyiq yarada bilər, digər tərəfdən isə yeni əmək resursları və iqtisadi inteqrasiya imkanları formalaşdıra bilər. Belə hallarda, xüsusən də İran vətəndaşlarının Azərbaycanda uzunmüddətli yaşamağa meyil göstərməsi fonunda, əmlak bazarında tələbin artması və daşınmaz əmlak qiymətlərində yüksəliş müşahidə oluna bilər. Həmçinin münaqişənin uzun davam etməsi, region ölkələrinin ticarət planlarını və dünya bazarında neft qiymətlərini dəyişə bilir. Odur ki, çox şey situasiyanın davam etmə müddəti və miqyasından asılı olacaq".

Anar Əliyev
Xəbəri paylaş