
"ABŞ prezidenti D. Trampla Rusiya prezidenti V. Putin arasında ötən həftə baş tutan telefon danışığında əsas müzakirə predmeti İran olub. Məhz verilən açıqlamada İran məsələsi müzakirə edildiyi və Rusiyanın da vasitəçiliyi irəli sürüldüyü qeyd olundu.
Görünür, D.Tramp İrana zərbələr endiriləcəyini V. Putinin diqqətinə çatdırıb. Rusiyanın da Ukraynaya kütləvi raket zərbələri endirləcəyinə D.Tramp səssiz qalması, belə bir razılaşmanın olduğunu göstərir".
Newscenter.az xəbər verir ki, bunları politoloq Məhəmməd Əsədullazadə deyib. O bildirib ki, ABŞ və Rusiya prezidentləri arasında sövdələşmə olaraq tərəflərin bir-birinə güzəştə getməsi, yaxın perspektivdə aydın olacaq:
"Xüsusilə, ABŞ, Ukraynaya silah yardımını dayandırır. Rusiya isə, İsrail-ABŞ tandeminin İrana hücumuna səssiz qalır.
Qeyd edim ki, İran Ukrayna müharibəsində Rusiyaya silah yardımı edir. Məhz "Şahid' PUA ilə Rusiya Ukrayna üzərində kifayət qədər üstünlük əldə etdi. Rusiyada ŞAHİD PUA zavodu tikildi. Yəni, İran Ukraynada Qərbə qarşı Rusiya ilə eyni cəbhədə yer alıb".
Politoloq qeyd edib ki,İranın arxayın olduğu strateji tərəfdaşı olan Rusiya və Çin onu sahədə tək buraxdı:
"Çin və ABŞ arasında ticarət sövdələşməsi isə baş tutub. Bu, o deməkdir ki, Çin İranla hərbi müdaxiləyə qarışmayacaq. İran sahədə tək qalıb. ABŞ-la anlaşma əldə edilməsə, hərbi əməliyyatların davam etməsi gözlənilir".
Anar Əliyev












































