
"İranın vurulması əslində Trampın hakimiyyətə gəldiyi gündən bu günə kimi atdığı addımların nəticəsiz olmasının məhsulu idi".
Newscenter.az xəbər verir ki, bunu ƏHD Partiyasının sədrinin müşaviri Azər Qasımov deyib. O bildirib ki, İran Trampın liderlik ambisiyalarının qurbanı oldu:
"İran danışıqları həmişəki kimi oyun oynamaq üçün istifadə etdi və məsələyə səthi yanaşdı, boş bəyanatlar verdi. Trampın xoş niyyətindən sui-istifadə etmək istədi. Məsələnin ciddiliyini anlamadı və məğlub oldu, ən azı hələlik imic baxımından.
Məsələ ondadır ki, hakimiyyətdə demokratlar olsa idi, hansı ki, İran rejimini onlar hakimiyyətə gətiriblər, məsələ bu həddə gəlməzdi. Tramp İranı vurdurmaqla digər münaqişə ocaqlarına da mesaj verir ki, onun dediyi olmayanda başına bu kimi işlər gəlir".
Azər Qasımov qeyd edib ki, İranı vurmaqla məsələ daha da mürəkkəb hal aldı:
"İranın artıq nüvə silahına sahib olmasına mane olan hüquqi və mənəvi faktorlar aradan qalxdı. Bundan sonra İran açıq şəkildə nüvə silahına sahib olmasının edilən bu hücumla əlaqəli təhlükəsizlik məsələsi olduğunu bəyan edəcək. Onun ölkəsinə hücum edildiyini bildirərək nüvə silahına sahib olmağın onun da hüquqi olduğunu deyəcək. Əgər ağıllı hərəkət edib nüvə elementlərini gizlədə bilibsə, tezliklə nüvə silahına sahib olması an məsələsi olacaq".
Süleyman