Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Tramp: "ABŞ İsraili müdafiə etməyə hazırdır"

Tramp: "ABŞ İsraili müdafiə etməyə hazırdır"


Amerika lideri Donald Tramp İranın cavab hücumu olacağı təqdirdə İsraili müdafiə etməyə hazır olduğunu bildirib.

Newscenter.az xəbər verir ki, bu barədə Fox News məlumat verib.

“Tramp administrasiyası Yaxın Şərqdəki ən azı bir əsas müttəfiqi ilə əlaqə saxlayıb ki, məqsədin hələ də İranı danışıqlar masasına qaytarmaq olduğunu həmin ölkə Tehrana çatdırsın”, deyə- Fox News yazıb.

Qeyd edək ki, bundan əvvəl İsrail hakimiyyəti İrana, o cümlədən ölkənin müxtəlif bölgələrindəki nüvə obyektlərinə zərbələr endirəcəklərini açıqlamışdı. İsrailin baş naziri Benyamin Netanyahu bu əməliyyatın məqsədini İranın nüvə proqramını pozmaq adlandırıb və zərbələrin davam edəcəyi ilə bağlı xəbərdarlıq edib.

Anar Əliyev
Xəbəri paylaş