Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycanın vasitəçiliyini hər iki tərəf qəbul edər

Azərbaycanın vasitəçiliyini hər iki tərəf qəbul edər


Rusiya və Türkiyə İsrail-İran müharibəsində vasitəçi olmaq təklifi ilə çıxış edib. Türkiyə və Rusiyanın vasitəçiliyinin İsrail tərəfindən qəbul edəcəyi ağlabatan deyil.

Newscenter.az xəbər verir ki, bunları politoloq Əli Orucov deyib. O bildirib ki, Azərbaycan İrsail-İran müharibəsində vasitəçilik təklif etsə, hər iki tərəf bunu qəbul edər:

"Azərbaycanın bu müharibəni durdurmaq gücündə olduğu düşüncəsindəyəm. Müharibənin uzanması və dağıdıcı təsirləri Azərbaycan üçün də arzuolunan deyil. İran qonşumuz, İsrail isə dost ölkədir. Müharibə başlayandan Bakının sərgilədiyi mövqeyi təqdirəlayiq hesab edirəm. Eyni zamanda diplomatik səylər və təşəbbüskarlıq olarsa diplomatiyamlz daha üstün mövqe qazana bilər. Prezident İlham Əliyevin şəxsi nüfuzu da bu vasitəçiyinin uğurlara həyata keçməsində önəmli rol oynayar".

Süleyman
Xəbəri paylaş