Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

“Rəqəmsal İpək Yolu” çoxtərəfli ticarət platformasının yaradılması təklif edilir

“Rəqəmsal İpək Yolu” çoxtərəfli ticarət platformasının yaradılması təklif edilir


Özbəkistan Prezidenti Şavkat Mirxiyoyev Çinlə Mərkəzi Asiya ölkələrinin ticarət əlaqələrini stimullaşdırmaq məqsədilə “Rəqəmsal Məkan və Yol” çərçivəsində “Rəqəmsal İpək Yolu” çoxtərəfli ticarət platformasının yaradılması təşəbbüsünü irəli sürüb.

Newscenter.az "Sputnik Özbəkistan"a istinadən bildirir ki, qaydaların və standartların uyğunlaşdırılması, Çin tələbləri əsasında ixrac məhsullarının sertifikatlaşdırılması üçün Daşkənddə sənayedə standartlaşdırma və sertifikatlaşdırma üzrə regional mərkəzin yaradılmasının zəruriliyi də qeyd olunub.

Prezident tərəfindən biznesin, aparıcı elmi-tədqiqat institutlarının və mühəndislik mərkəzlərinin cəlb olunduğu texnologiya transferi üçün ayrıca “yol xəritəsi”nin qəbul edilməsi təklif olunub.

Anar Əliyev
Xəbəri paylaş