Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

700 əcnəbi Azərbaycan və Ermənistan vasitəsilə İranı tərk edib

700 əcnəbi Azərbaycan və Ermənistan vasitəsilə İranı tərk edib


“Arab News” xəbər verir ki, İsrail keçən həftə Tehrana zərbələr endirməyə başlayandan bəri azı 700 əcnəbi ölkə İranın qonşu Azərbaycan və Ermənistanla sərhədini keçib.
Təxliyyə olunanlar Xəzər dənizi sahilində yerləşən Astara keçid məntəqəsi vasitəsilə Bakı hava limanına aparılır və oradan beynəlxalq reyslərlə vətənə qaytarılır.

Təxliyə edilənlər arasında Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Özbəkistan, həmçinin Almaniya, İspaniya, İtaliya, Serbiya, Rumıniya, Portuqaliya, ABŞ, Birləşmiş Ərəb Əmirlikləri, Çin və Vyetnam vətəndaşları var.

Məlumat üçün: Azərbaycan 2020-ci ildə COVID-19 pandemiyası ilə əlaqədar quru sərhədlərini bağlayıb.

“Təxliyə ehtiyacı ilə əlaqədar Azərbaycan hökuməti İranı tərk edənlər üçün müvəqqəti olaraq sərhədi açıb”, - deyə rəsmi bildirib.

Rəsmi İrəvan bildirib ki, Hindistan da Ermənistan vasitəsilə İrandan 110 vətəndaşını təxliyə edib. Polşa Xarici İşlər Nazirliyi Tehrandakı səfirliyinin əməkdaşlarının bir qismini Bakı vasitəsilə təxliyə etdiyini bildirib.

Türkmənistan həmçinin İrandan təxliyə edilən, əksəriyyəti Mərkəzi Asiya vətəndaşları olan 120-yə yaxın insanın öz ərazisindən tranzit keçməsinə icazə verib.

Çexiya və Slovakiya qarşıdurma fonunda hökumət təyyarələri ilə 139 nəfəri İsraildən evlərinə aparıb.
Xəbəri paylaş